1. TEST İMTAHANI
1.1. Müsabiqənin əsas məqsədi nədir?
+

Cavab: Proqram çərçivəsində İqtisadiyyat Nazirliyinin əməkdaşları arasında yüksək idarəetmə keyfiyyətinə malik peşəkar kadrlar müəyyənləşdirilərək inkişaflarına dəstək göstərilməsi, kadr ehtiyatı bankı formalaşdırılması, innovativ idarəetmə yanaşmalarınən təşviqi və əməkdaşların intellektual potensial gücləndirilməsi məqsədi daşıyır.

1.2. Müsabiqə neçə mərhələdən ibarətdir?
+

Cavab: Üç mərhələdən – test imtahanı, yarımfinal və final.

  • Test imtahanı: Nazirliyin əməkdaşları arasında liderlik potensialının qiymətləndirilməsi (liderlik, strateji düşüncə, effektivlik, nəticə yönümlülük, komanda işi, kommunikasiya, dəyişikliklərin idarə olunması və sosial məsuliyyət) üzrə virtual test imtahanlarına Nazirlik əməkdaşları (sektor müdiri, baş məsləhətçi, böyük məsləhətçi, aparıcı məsləhətçi, məsləhətçi və Nazirliyin strukturuna daxil olan və daxil olmayan tabeliyindəki qurumlar üzrə analoji vəzifə tutan əməkdaşlar) cəlb olunacaqlar. Bu səbəbdən, müsabiqədə qeydiyyat mərhələsinin tətbiqi nəzərdə tutulmayıb. Bu mərhələdə yüksək nəticə əldə edən əməkdaşlar müsabiqənin yarımfinal mərhələsində iştirak etmək hüququ əldə edəcəklər. 
  • Yarımfinal: İştirakçılar virtual otaqlarda simulyasiya xarakterli keyslərin həlli üzərində komanda şəklində fəaliyyət göstərəcəklər. Bu mərhələdə qiymətləndirilmə tapşırıqların həllinə yönələn rollar üzrə aparılacaq. Belə ki, araşdırma işi, tədqiqat bacarığı, analitik yanaşma və digər səriştələr əsasında sərgilənən fəaliyyətlər qiymətləndiriləcək və yüksək nəticə əldə edən iştirakçılar final mərhələsinə keçid hüququ qazanacaqlar. 
  • Final:  Seçilmiş komandalar finalda iki hissədən ibarət müsabiqə mərhələsində iştirak edəcəklər. Belə ki, birinci hissədə iştirakçılar müvafiq səriştələrin qiymətləndirilməsinə yönələn keyslər üzrə tapşırıqların həllinə cəlb olunacaq. Müsabiqənin ikinci hissəsində isə "mentor keysi” təşkil olunacaqdır. Bu çərçivədə Nazirliyin rəhbər heyəti mentorlar qismində finala qatılaraq iştirakçılar ilə Nazirliyin qarşısında duran çağırış xarakterli mövzular üzrə müzakirələr aparacaqdır. İştirakçılar final mərhələsində mentorların təqdim etdiyi çağırış xarakterli tapşırıqların həlli yolları, onların həyata keçirilməsi imkanları, resursların planlaşdırılması, risklər və potensial nəticələr nəzərə alınaraq qiymətləndirilərək qaliblər təyin olunacaqdır. 
1.3. Sınaq imtahanı nə vaxt olacaq?
+

Cavab:  06 dekabr 2025-ci il tarixində (saat 11:00-da) növbəti “Uğur yolu” inkişaf proqramının Liderlik potensialının qiymətləndirilməsi mərhələsi keçiriləcəkdir.

Sınaq imtahanı 03 dekabr 2025-ci il tarix saat 08:00-dan 05 dekabr 2025-ci il tarix saat 23:00-dək əməkdaşlar sınaq imtahanında iştirak edə bilərlər.

Sınaq imtahanında iştirak üçün müvafiq məlumatlar əməkdaşların elektron poçt ünvanlarına göndəriləcəkdir. 

Sınaq imtahanının nəticələri iştirakçıların əsas imtahan nəticələrinə təsir etmir.

1.4. Səhv cavab düz cavabı aparır?
+

Cavab: Səhv cavablar namizədin doğru cavablarının nəticəsinə təsir etmir.

1.5. Test imtahanının iştirak vaxtını dəyişmək mümküdürmü?
+

Cavab: Hər hansı səbəbdan imtahanın vaxtını dəyişmək mümkün deyil.

1.6. Test imtahanları üçün hansı əsas tələblər var?
+

Cavab: 

  1. Test imtahanında iştirak kompüter və ya mobil telefon vasitəsilə mümkündür;
  2. İştirakçı sürətli interneti özü təmin etməlidir;
  3. Diqqətin yalnız test suallarına cəmlənməsi üçün imtahanlara sakit şəraitdə qoşulmaq tövsiyyə olunur;
  4. Kompüterə kameranın qoşulması və işlək vəziyyətdə olması tövsiyyə olunur.
1.7. Testlərin cavablarını nə vaxt və necə əldə edə biləcəm?
+

Cavab: Test nəticələri iştirakçıların şəxsi kabinetinə yerləşdirilir habelə, onların elektron poçt ünvanlarına da göndərilir.

1.8. Test imtahanı hansı formada keçiriləcək?
+

Cavab: Test imtahanı onlayn mühitdə keçirilir. Əməkdaşlar "Uğur Yolu" rəsmi veb-saytına daxil olub "Şəxsi Kabinet"-ə (https://ttm.uguryol.az/login/index.php) daxil olmaqla test imtahanında iştirak etməlidirlər.

1.9. Test imtahanı zamanı nə qədər sual olacaq?
+

Cavab: Hər bir kompetensiya üzrə 12 situasiya → cəmi 96 situasiya 96 unikal idarəetmə faktorundan ibarət suallar təqdim olunur. Heç bir sual bir-birini təkrarlamır.

Struktur

1. Liderlik — 12 sual

Əhatə dairəsi: təsir, fokus, qeyri-müəyyənlik, emosiyalar, qeyri-formal güc, komanda dinamikası, mənanın formalaşdırılması, strukturlaşdırma, strateji liderlik.

2. Strateji düşünmə — 12 sual

Əhatə dairəsi:  ziddiyyətli məlumatlar, planlaşdırma horizontu, ssenarilər, yanlış siqnallar, strateji baza, qərarların arxitekturası.

3. Effektivliyin idarə olunması — 12 sual

Əhatə dairəsi:  keyfiyyət, müddətlər, səhvlər, sistem yanaşması, proseslər, yükün bölüşdürülməsi, risklərin idarə olunması, resursların idarə olunması.

4. Nəticəyə yönümlülük — 12 sual

Əhatə dairəsi: məqsəd, tapşırıqların tamamlanması, fokusun qorunması, prioritetləşdirmə, adaptasiya, dayanıqlıq, nəticə vs proses.

5. Komanda ilə işləmək — 12 sual

Əhatə dairəsi:  qeyri-formal güc balansı, izolasiya, mikro-qruplar, iştirak balansı, qrup dinamikası, psixoloji mühit, qarşılıqlı dəstək.

6. Kommunikasiya bacarıqları — 12 sual

Əhatə dairəsi: aydınlıq, sərhədlər, emosiyalar, konfliktlərin idarəsi, qurumlararası kommunikasiya, çətin mesajların çatdırılması, rəyvermə, dəqiqlik.

7. Dəyişikliklərin idarə olunması — 12 sual

Əhatə dairəsi:  müqavimət, qorxu, pilotlama, korporativ mədəniyyətin dəyişməsi, insanların təsirlənməsi, struktur adaptasiyası, qurumlararası dəyişikliklər.

8. Sosial məsuliyyət — 12 sual

Əhatə dairəsi:  vətəndaşların həssaslığı, səhvlər, bərabərlik, real ədalət, zərərin qarşısının alınması, uzunmüddətli ictimai təsir.

1.10. Test sualların quruluşu nəcədir?
+

Cavab: Hər bir səriştə üçün 12 sual nəzərdə tutulur. Sualların formaları aşağıdakı kimidir:

12 sualdan 7 suala 2 doğru variantı seçməklə cavablandırmaq lazımdır  (ən səmərəli və ən səmərəsiz);

12 sualdan 2 suala verilən variantları məqsədi üzrə aşağı səviyyədən ən yüksək səviyyəyə doğru təsnifləşdirməklə cavablandırmaq lazımdır (birdən dördə qədər);

12 sualdan 3 suala isə yalnız 1 doğru variantı seçməklə cavablandırmaq lazımdır.

1.11. Test mərəhələsi nə qədər müddət ərzində davam edəcəkdir?
+

Cavab: Test mərhələsi 3 saat ərzində baş tutacaqdır.

1.12. Test imtahanına daxil olmaq üçün nə etməliyik?
+

Cavab: 06 dekabr 2025-ci il tarixində (saat 11:00-da) növbəti “Uğur yolu” inkişaf proqramının Liderlik potensialının qiymətləndirilməsi mərhələsi keçiriləcəkdir. Bu mərhələdən bir neçə gün öncə iştirakçılara müəyyən edilmiş tarixdə onlayn sınaq test imtahanına qoşulmaq imkanı yaradılacaqdır.

Qeyd olunan proqramda iştirak üçün www.uguryol.az saytına daxil olaraq şəxsi kabinetiniz üçün şifrə yaratmağınız tələb olunur. Bunun üçün qeydiyyat bölməsində tərəfinizdən təqdim olunmuş elektron poçt ünvanınızı daxil edib asağıda yerləşən “Parolu unutmusuz” düyməsini seçməlisiniz. Daha sonra e-poçt ünvanınıza göndəriləcək  aşağıdakı nümunə link vasitəsilə yeni şifrə təyin edə bilərsiniz.

Salam ......,

TTM saytındakı '09000' hesabınız üçün şifrənin sıfırlanması sorğusu göndərilib.

Sorğunu təsdiq etmək və yeni şifrə təyin etmək üçün, lütfən aşağıdakı veb ünvana keçin:

https://ttm.uguryol.az/login/forgot_password.php?token=POnJqiHiNtFuCrfSXpXzTysC4sx5Lu1w

(Bu keçid ilk sıfırlama sorğu göndərildiyi vaxtadan 30 dəqiqə ərzində keçərlidir)

Əgər sıfırlama sorğusu sizin tərəfinizdən göndərilməyibsə heç nə etmək lazım deyil.

Bu barədə kömək istəsəniz saytın inzibatçısına müraciət edin,





1.14. "Uğur Yolu" İnkişaf Proqram 4 yeni formatı üzrə tətbiq olunan sual modeli digər mövcud modellərdən nə üçün üstündür?
+

Cavab: Bu model aşağıdakı üstünlüklərilə fərqlənir:

- Ənənəvi vəziyyətə əsaslanan qərarvermə testləri (SJT – Situational Judgment Test) nümunələrinə əsaslanır;

- Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin tətbiq etdiyi qiymətləndirmə modeli ilə uyğunluq əsasında tərtib edilib;

- Avropa İdarəçilik Məktəbinin (EAS – European Administrative School) modellərinə əsaslanır;

- Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı (UNDP), İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (OECD) və Avropa Komissiyasının istifadə etdiyi yanaşmaları əhatə edir;

- Shell, Google və McKinsey kimi qabaqcıl beynəlxalq şirkətlərin tətbiq etdiyi korporativ vəziyyət testləri nümunələrini özündə birləşdirir.

Niyə?

  1. Situasiyalar daha “canlı”dır;
  2. Əhatə dairəsi daha genişdir;
  3. Məntiqi mərhələləri daha dərindir;
  4. Rəhbər rolunun psixoloji incəlikləri daha açıq şəkildə aydınlaşdırılır;
  5. Hər bir səriştə bütöv sistem kimi dizayn edilib;
  6. Psixologiya və məntiq ideal balans əsasında tətbiq olunur;
  7. Situasiyaların təsnifatlaşdırılması strateji düşüncə üçün yüksək dəqiqliklə təsvir olunur.

“Bu model rəhbər vəzifələr üçün nəzərdə tutulan qiymətləndirmə səviyyəsinə uyğundur və sıravi vəzifələr üzrə genişmiqyaslı işə qəbul proseslərində istifadə olunan vəziyyətə əsaslanan qərarvermə testləri (SJT) üçün nəzərdə tutulmamışdır.”

2. YARIMFİNAL
2.1. Müsabiqənin yarımfinal mərhələsi hansı formada təşkil olunacaq?
+

Cavab: Müsabiqənin yarımfinal mərhələsi onlayn formada iştirakçıların müvafiq portal üzərindən şəxsi kabinetlərinə daxil olaraq işgüzar tapşırıqların komanda işi formasında yerinə yetirilməsi şəklində təşkil olunur. 

2.2. Komandalar necə formalaşacaq?
+

Cavab: İştirakçılar Nazirlik aparatının və tabeli qurumların irəli sürdüyü 3–5 real tapşırıqdan birini seçəcək və könüllü şəkildə 6–10 nəfərlik komandalar yaradacaqlar. Rollar (lider, analitik, ekspert, əlaqələndirici və s.) komanda daxilində bölüşdürülür.

2.3. Tapşırıq seçimi necə aparılacaq?
+

Cavab: Tapşırıqlar onlayn formatda yarımfinal mərhələsində iştirakçıların portal üzərindən daxili olduğu şəxsi kabinetdə müvafiq qaydada əks olunur.

2.4. İştirakçılar fərdi yoxsa komanda üzrə qiymətləndirilir?
+

Cavab:

  • Yarımfinalda komandalar vahid qrup kimi qiymətləndirilir;
  • Finalda isə həm komanda nəticəsi, həm də hər bir iştirakçının fərdi töhfəsi nəzərə alınır.
2.5. Yarımfinal mərhələsində qiymətləndirmə meyarları hansılardır?
+

Cavab:

  • Araşdırma işi;
  • Tədqiqat bacarığı; 
  • Analitik və yaradıcı yanaşma;
  • Komanda işi və rolların düzgün bölüşdürülməsi, və s.
3.FİNAL
3.1. Final mərhələsində qiymətləndirmə meyarları hansılardır?
+

Cavab:

  • Strateji düşüncə; 
  • Nəticəyönümlülük; 
  • Effektiv iş icrası; 
  • Sosial məsuliyyət; 
  • Komandada işləmə;
  • İnnovativ yanaşma, və s.
3.2. Qaliblər necə müəyyənləşdiriləcək?
+

Cavab: Yekunda ən yüksək nəticə göstərən komandalar qalib elan ediləcək.

3.3. Münsiflər heyətini kim təşkil edir?
+

Cavab: Nazirliyin rəhbər heyəti.

3.4. Qalib komandaların təqdimatı kimə təqdim olunacaq?
+

Cavab: Qalib komandalar layihələrini cənab Nazirin qarşısında təqdim edəcəklər.

4. MÜSABİQƏ İLƏ BAĞLI DİGƏR SUALLAR
4.1. “Uğur yolu” inkişaf proqramının qalibləri üçün hansı tədbirlər nəzərdə tutulur?
+

Cavab: Müsabiqə qalibləri üçün Nazirliyin rəhbər vəzifəli şəxsləri ilə görüşlər, təlimlər, fərdi kouçinq sessiyaları, mentorluq proqramı kimi tədbirlər nəzərdə tutulub.

4.2. “Uğur yolu” inkişaf proqramının ümumi səriştələri nədən ibarətdir
+

Cavab: Beynəlxalq təcrübədə dövlət qulluqçusu 8 əsas idarəetmə kompetensiyasının dəyərləndirilməsi vasitəsilə qiymətləndirir:

  1. Liderlik
  2. Strateji düşünmə
  3. Effektivliyin idarə olunması
  4. Nəticəyə yönümlülük
  5. Komanda ilə işləmək
  6. Kommunikasiya bacarıqları
  7. Dəyişikliklərin və innovasiyaların idarə olunması
  8. Sosial məsuliyyət

Bu təkcə situasiya nümunələrinin toplusu deyil, vahid konseptual modeldir

burada hər bir kompetensiya:

• özünəməxsus davranış oxlarını əhatə edir,
• digər kompetensiyalarla üst-üstə düşmür,
• öz daxili dramaturgiyasına malikdir,
• özünəməxsus səhv modellərinə sahibdir,
• öz strateji köklərinə əsaslanır.