"UĞUR YOLU" KLUBU

Məlumat üçün bildiririk ki, "Uğur Yolu 4" müsabiqəsinin "Yarımfinal" mərhələsinin nəticələri üzrə cavablar 21.04.2026-cı il tarixdə elan olunmuşdur.
Nəticələr barəsində məlumatlar iştirakçıların elektron poçt ünvanlarına göndərilmişdir.  

Əlavə olaraq bildiririk ki, Yarımfinal mərhələsində iştirak edən 167 nəfər əməkdaşdan 50 nəfəri finalda iştirak etmək üçün uğur qazanmışdır.
İştirakçılara finalda "UĞUR"lar arzu edirik!

“Uğur Yolu” müsabiqəsinin yarımfinal mərhələsi onlayn formatda assessment-center modeli əsasında 28.02.2026-ci il saat 09:40 – 14:10 aralığında təşkil olunmuşdur. 

Məlumat üçün bildiririk ki, yarımfinalda Nazirliyin 225 əməkdaşı iştirak etmişdir. Bu mərhələdə iştirakçıların bilik səviyyəsi deyil, idarəçilik və liderlik potensialı 8 əsas kompetensiya (strateji düşünmə, effektivliyin idarə edilməsi, nəticəyə yönümlülük, komandada işləmək bacarığı, kommunikasiya, dəyişikliklərin idarə olunması, sosial məsuliyyət və liderlik) üzrə davranış indikatorları əsasında qiymətləndiriləcəkdir.

Müsabiqədə 200-dən çox yarımfinalçı iştirak etmişdir. Yarımfinalın yekun cavabları əməkdaşların sərgilədikləri performansları müvafiq qaydada qiymətləndirildikdən sonra açıqlanacaqdır.

“Uğur Yolu” müsabiqəsinin yarımfinal mərhələsi onlayn formatda assessment-center modeli əsasında 28.02.2026-ci il saat 09:40 – 14:10 aralığında təşkil olunacaqdır. 

Bununla bağlı olaraq yarımfinala hazırlıq məqsədilə 27.02.2026-cı il saat 11:00-dan 12:00-dək iştirakçılar üçün sınaq mərhələsi keçiriləcəkdir.

Bu mərhələdə iştirakçıların bilik səviyyəsi deyil, idarəçilik və liderlik potensialı 8 əsas kompetensiya üzrə davranış indikatorları əsasında qiymətləndiriləcəkdir.


  • strateji düşüncə
  • effektivliyin idarə edilməsi
  • nəticəyə yönümlülük 
  • komandada işləmək bacarığı 
  • kommunikasiya
  • dəyişikliklərin idarə olunması
  • sosial məsuliyyət
  • iderlik

YARIMFİNAL mərhələsinin qrafiki aşağıdakı kimidir:





Baş.
Bit.
Müddəti
Təsvir
9:40
9:55
00:15
Portala daxil, cədvəlnən tanışlıq
9:55
10:00
00:05
Giriş - "qrupa keçid Tapşırıq №1"
10:00
10:05
00:05
Tapşırıq №1 Başlayır - ilk 5 dəqiqə tanışlıq
10:05
10:10
00:05
"Tapşırıq №1 Təlimat" - 5 dəqiqə fərdi şəkildə tapşırıqla tanışlıq
10:10
10:50
00:40
40 dəqiqə Həll yolunun qrup şəklində işlənib hazırlanması
10:50
10:55
00:05
İkinci təlimat (şərtlərin dəyişdirilməsi)
10:55
11:15
00:20
20 dəqiqə Yeni məlumatlar nəzərə alınmaqla strategiyanın tənzimlənməsi
11:15
11:30
00:15
15 dəqiqə Həllin yekunlaşdırılması
11:30
11:35
00:05
5 dəqiqə komandanın yekdil qərar verilməsi
11:35
11:40
00:05
fasilə - 5 dəqiqə
11:40
11:45
00:05
Giriş - "qrupa keçid Tapşırıq №2"
11:45
11:50
00:05
Tapşırıq №2 Başlayır - ilk 5 dəqiqə tanışlıq
11:50
11:55
00:05
"Tapşırıq №2 Təlimat" - 5 dəqiqə fərdi şəkildə tapşırıqla tanışlıq
11:55
12:30
00:35
35 dəqiqə komandada müzakirə
12:30
12:35
00:05
İkinci təlimat (şərtlərin dəyişdirilməsi)
12:35
12:45
00:10
10 dəqiqə Yeni məlumatlar nəzərə alınmaqla mövqeyin tənzimlənməsi
12:45
12:55
00:10
10 dəqiqə komandanın yekdil qərar verilməsi
12:55
13:00
00:05
fasilə - 5 dəqiqə
13:00
13:05
00:05
Giriş - "qrupa keçid Tapşırıq №3"
13:05
13:10
00:05
Tapşırıq №3 Başlayır - Təlimat 5 dəqiqə Tapşırıqla tanışlıq
13:10
13:45
00:35
35 dəqiqə fərdi şəkildə həll yolunun hazırlanması
13:45
13:50
00:05
Yekunlaşdırma və cavabın sistemə daxil edilməsi
13:50
14:10
00:20
(keçid lazim deyil) Tapşırıq №4 Başlayır - 20 dəqiqə müzakirə

Məlum olduğu kimi, İqtisadiyyat Nazirliyində yüksək idarəetmə keyfiyyətinə malik peşəkar kadrların müəyyənləşdirilərək inkişaflarına dəstək göstərilməsi, kadr ehtiyatı bankının formalaşdırılması, innovativ idarəetmə yanaşmalarının təşviq olunması və intellektual potensialın gücləndirilməsi məqsədilə iqtisadiyyat naziri tərəfindən 2025-ci il üzrə növbəti “Uğur yolu” müsabiqəsinin təşkili haqqında 26 sentyabr 2025-ci il tarixli, 3-21/3-F-133/2025 nömrəli əmr imzalanmışdır.

Məlumat üçün bildiririk ki, müsabiqənin imtahan mərhələsinə Nazirliyin 3789 əməkdaşının iştirakı nəzərdə tutulmuşdu. Əvvəlki müsabiqələrdən fərqli olaraq, növbəti müsabiqənin ilkin mərhələsinə liderlik potensialının qiymətləndirilməsi (strateji düşünmə, dəyişikliklərin və innovasiyaların idarə edilməsi, nəticələrə yönəlmə, ünsiyyət, komanda ilə işləmə, effektivliyin idarə edilməsi, liderlik və sosial məsuliyyət) məqsədilə situativ tapşırıqların həlli üzrə virtual test imtahanlarına Nazirlik əməkdaşları (sektor müdiri, baş məsləhətçi, böyük məsləhətçi, aparıcı məsləhətçi, məsləhətçi və Nazirliyin strukturuna daxil olan və daxil olmayan tabeliyindəki qurumlar üzrə analoji vəzifə tutan əməkdaşlar) 13 dekabr 2025-ci il tarixində baş tutmuş test imtahanı mərhələsində Nazirliyin 2271 əməkdaşı iştirak etmişdir. Yarım final mərhələsinə Nazirliyin 300 əməkdaşı ştirak üçün uğur qazanmışdır.
Uğur yolunda Uğurla addımla!

İqtisadiyyat Nazirliyində yüksək idarəetmə keyfiyyətinə malik peşəkar kadrların müəyyənləşdirilərək inkişaflarına dəstək göstərilməsi, kadr ehtiyatı bankının formalaşdırılması, innovativ idarəetmə yanaşmalarının təşviq olunması və intellektual potensialın gücləndirilməsi məqsədilə ixtisaslı mütəxəssislərin idarəetmə bacarıqlarının səviyyəsinin müəyyənləşdirilməsi və davamlı inkişaf etdirilməsi, kadr ehtiyatı bankının formalaşdırılması və innovativ idarəetmə yanaşmalarının təşviq olunması məqsədlərinə xidmət edir. 

Qeyd edək ki, proqramın yeni format üzrə ilkin mərhələsinə start verilmişdir. Bununla əlaqədar olaraq, 06 dekabr 2025-ci il tarixində Liderlik potensialının qiymətləndirilməsi mərhələsinin keçirilməsi sistemdə yaranan texniki nasazlıq səbəbindən mümkün olmadığına görə qeyd olunan mərhələ 13 dekabr 2025-ci il tarixində (saat 11:00-da) keçiriləcəkdir. Xüsusi olaraq bildirmək istərdik ki, bu mərhələdə sistemə giriş 13 dekabr 2025-ci il tarixində saat 10:00-dan başlayaraq 10:45-dək davam edəcək, saat 10:45-dən sonra sistemə giriş mümkün olmayacaqdır.

Bildiririk ki, əməkdaşların imtahan nəticələrinə dair fərdi məlumatları tam məxfi saxlanılacaqdır.

Bildiririk ki, 06 dekabr 2025-ci il tarixi saat 11:00-da növbəti “Uğur yolu” inkişaf proqramının Liderlik potensialının qiymətləndirilməsi mərhələsi keçiriləcəkdir.

Bununla əlaqədar olaraq, qeyd olunan proqramda iştirak üçün www.uguryol.az saytına daxil olub şəxsi kabinetinizə keçid etməlisiniz. Bunun üçün “Parolu unutmusuz” düyməsini seçməli, daha sonra elektron poçt ünvanınıza görə axtarış bölməsinə təqdim etdiyiniz e-poçt ünvanınızı daxil edərək “Axtar” düyməsini sıxmalısınız. Elektron poçt ünvanınıza göndəriləcək link vasitəsilə şifrənin sıfırlanması sorğusunu təsdiq edərək yeni parolu təyin etməlisiniz.

Qeyd edək ki, sizə onlayn sınaq test imtahanında iştirak imkanı yaradılacaqdır. Belə ki, elektron poçt ünvanınıza göndəriləcək link vasitəsilə 03 dekabr 2025-ci il saat 08:00-dan etibarən 05 dekabr 2025-ci il saat 23:00-dək sizə uyğun vaxtda sınaq test imtahanına keçid edə biləcəksiniz.

Uğurlar arzulayırıq!

"UĞUR YOLU" İNKİŞAF PROQRAMI YENİ FORMATINA START VERİLDİ

Nazirlikdə insan kapitalının inkişafı istiqamətində daha böyük töhfə vermək üçün sözügedən proqramın miqyasını genişləndirərək əməkdaşların liderlik potensialının gücləndirilməsi məqsədilə növbəti “Uğur yolu” inkişaf proqramının yeni formatı təsdiq edilmişdir. Bununla əlaqədar olaraq, 06 dekabr 2025-ci il tarixində (saat 11:00-da) növbəti “Uğur yolu” inkişaf proqramının yeni formatı üzrə ilkin mərhələnin keçirilməsi nəzərdə tutulur. Sözügedən mərhələdən bir neçə gün öncə iştirakçılara müəyyən edilmiş tarixdə onlayn sınaq test imtahanına qoşulmaq imkanı yaradılacaqdır.

Qeyd edək ki, əvvəlki müsabiqələrdən fərqli olaraq, növbəti müsabiqənin ilkin mərhələsinə liderlik potensialının qiymətləndirilməsi (strateji düşünmə, dəyişikliklərin və innovasiyaların idarə edilməsi, nəticələrə yönəlmə, ünsiyyət, komanda ilə işləmə, effektivliyin idarə edilməsi, liderlik və sosial məsuliyyət) məqsədilə situativ tapşırıqların həlli üzrə virtual test imtahanlarına Nazirlik əməkdaşları (sektor müdiri, baş məsləhətçi, böyük məsləhətçi, aparıcı məsləhətçi, məsləhətçi və Nazirliyin strukturuna daxil olan və daxil olmayan tabeliyindəki qurumlar üzrə analoji vəzifə tutan əməkdaşlar) cəlb olunacaqlar.

ilkin mərhələdə yüksək nəticə əldə edən əməkdaşlar müsabiqənin yarımfinal mərhələsində iştirak etmək hüququ qazanacaq, eyni zamanda, bu mərhələdə əldə olunan nəticələr əsasında əməkdaşların peşəkar və karyera inkişafı istiqamətində zəruri məlumat bazası formalaşdırılacaqdır ki, bu da öz növbəsində gələcəkdə onlara dair bu istiqamətdə veriləcək qərarlar üzrə əsas faktorlardan biri olacaqdır. Əlavə olaraq, sözügedən mərhələdə qurumların iştirak səviyyəsi və nəticələrinə dair məlumatları əks etdirən reytinq hesabatı rəhbərliyə təqdim ediləcəkdir.

“Uğur yolu” müsabiqəsi İqtisadiyyat Nazirliyinin əməkdaşlarının idarəçilik potensialını, liderlik bacarığını inkişaf etdirdikləri, gələcəkdə karyera planlaması, şəxsi inkişaf üçün mühüm bacarıqlar qazandıqları karyera inkişafı proqramıdır.

İqtisadiyyat Nazirliyində növbəti "Uğur yolu" karyera inkişaf proqramına start verilib. Artıq 3-cü dəfə təşkil edilən müsabiqəyə qeydiyyat sentyabrın 11-dən başlayıb. Müsabiqəyə Nazirliyin Aparatı, regional bölmələri, strukturuna daxil olan və tabeliyindəki qurumlarında çalışan bütün əməkdaşlar qoşula bilər.

"Uğur yolu" karyera inkişafı proqramının qalibilərindən biri olan - İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin İqtisadi təhlil və uçota nəzarət baş idarəsinin Risklərin təhlili şöbəsinin rəisi Telman Məmmədov müsabiqə ilə bağlı təəssüratlarını “vergiler.az”la bölüşüb.

İqtisadiyyat Nazirliyinin strukturuna daxil olan və tabeliyindəki qurumların "Uğur yolu" müsabiqəsinin finalında iştirak edən 47 əməkdaşından 16 nəfəri karyera inkişafı proqramının qalibi olub. Qaliblər arasında İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Əmlakın qiymətləndirilməsi və qiymətləndirmə fəaliyyətinə nəzarət şöbəsinin aparıcı məsləhətçisi Əmrah Qarayev də var.

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin İqtisadi təhlil və uçota nəzarət İdarəsinin Vergi ödəyicilərinin uçotu şöbəsinin dövlət vergi müfəttişi Orxan Əlican-zadə "Uğur yolu" müsabiqəsi ilə bağlı təəssüratlarını “vergiler.az”la bölüşüb.

Uğur yolu" karyera inkişafı proqramının qaliblərindən biri də İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyatı İdarəsinin Qeydiyyat şöbəsinin hüquqşünası Cəmilə Mustafazadədir. Orta təhsilini 2013-cü ildə bitirmiş C.Mustafazadə həmin il Bakı Dövlət Universitetinin Hüquq fakültəsinə daxil olub. 2017-ci ildə SABAH qruplarından məzun olduqdan sonra həmin universitetdə İnsan hüquqları ixtisası üzrə magistr təhsili alıb. Artıq 1 ilə yaxındır ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətində çalışır.

İqtisadiyyat Nazirliyi artıq ikinci ildir ki, əməkdaşlarının potensialından səmərəli istifadə, onların hərtərəfli inkişafı, peşə hazırlığının artırılması, yeni nəsil idarəçilərin hazırlanması və yüksək potensiallı əməkdaşlardan rəhbər vəzifələr üçün ehtiyat kadrlar bazasının formalaşdırılması məqsədilə “Uğur yolu” karyera inkişafı proqramını həyata keçirir. 2021-ci ildə ilk dəfə keçirilmiş müsabiqənin 22, bu il isə 16 qalibi olub. “vergiler.az” portalı qaliblərlə “Uğur yolu” karyera inkişafı proqramı barədə söhbətləşib.

Bu il nazirliyin strukturuna daxil olan və tabeliyindəki qurumların müsabiqənin finalında iştirak edən 47 əməkdaşından 16 nəfəri "Uğur yolu" karyera inkişafı proqramının qalibi olub. Həmin qaliblərdən biri - İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 3 saylı Ərazi vergi idarəsinin Səyyar vergi yoxlamaları şöbəsinin baş dövlət vergi müfəttişi Kamal Bayramov müsabiqə ilə bağlı təəssüratlarını “vergiler.az”la bölüşüb.

 İqtisadiyyat Nazirliyinin Dövlət investisiya layihələrinin monitorinqi şöbəsinin Normativ-metodiki təminat və icmal sektorunun məsləhətçisi Adil Rəfili "Uğur yolu" müsabiqəsində qalib olmağı ilə bağlı təəssüratlarını “vergiler.az”ın oxucuları ilə bölüşüb.

İqtisadiyyat Nazirliyinin strukturuna daxil olan və tabeliyindəki qurumların əməkdaşlarından 16 nəfər "Uğur yolu" karyera inkişafı proqramının qalibi olub. Həmin qaliblərdən biri - İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin Maliyyə və təminat departamentinin direktor müavini Ceyhun Məhərrəmli müsabiqə ilə bağlı təəssüratlarını “vergiler.az”la bölüşüb.


 "Uğur yolu" karyera inkişafı proqramının qaliblərindən biri - İqtisadiyyat Nazirliyinin Hüquq şöbəsinin məsləhətçisi Gülnar Atakişiyeva müsabiqə ilə bağlı təəssüratlarını “vergiler.az”ın oxucuları ilə bölüşüb.

"Uğur yolu" karyera inkişafı proqramının builki qaliblərindən biri - Sahibkarlığın İnkişafı Fondunun Partnyorlarla iş şöbəsinin müdiri İsmayıl Hüseynov müsabiqə ilə bağlı təəssüratlarını “vergiler.az”ın oxucuları ilə bölüşüb.

İqtisadiyyat Nazirliyinin strukturuna daxil olan və tabeliyindəki qurumların müsabiqənin finalında iştirak edən 47 əməkdaşından 16 nəfəri "Uğur yolu" karyera inkişafı proqramının qalibi olub. Həmin qaliblərdən biri -  İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Vergi ödəyicilərinə xidmət Baş İdarəsinin Təhlil şöbəsinin baş dövlət vergi müfəttişi Cəfər Yaqubov müsabiqə ilə bağlı təəssüratlarını “vergiler.az”ın oxucuları ilə bölüşüb.

Növbəti "Uğur yolu" karyera inkişafı proqramının 16 qalibindən biri - İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Vergi siyasəti Baş İdarəsinin Xarici ölkələrin vergi inzibatçılığının araşdırılması şöbəsinin rəisi Gülnar İsayeva müsabiqə ilə bağlı təəssüratlarını “vergiler.az”la bölüşüb.

Növbəti "Uğur yolu" karyera inkişafı proqramının qaliblərindən biri olan İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Vergi ödəyicilərinə xidmət Baş İdarəsinin Keyfiyyətə təminat şöbəsinin baş dövlət vergi müffətişi Faiq Rəcəbəliyev “vergiler.az”a müsahibə verib.

İqtisadiyyat Nazirliyinin strukturuna daxil olan və tabeliyindəki qurumların müsabiqənin finalında iştirak edən 47 əməkdaşından 16 nəfəri "Uğur yolu" karyera inkişafı proqramının qalibi olub. Həmin qaliblərdən biri - İqtisadiyyat Nazirliyinin Mərkəzi Avropa ölkələri üzrə Ticarət Nümayəndəsi Aparatının baş məsləhətçisi Mirzə Ələkbər Babayev müsabiqə ilə bağlı təəssüratlarını “vergiler.az”ın əməkdaşı ilə bölüşüb.

2022-ci üzrə keçirilən növbəti "Uğur yolu" karyera inkişafı proqramının qaliblərindən biri - İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Media və kommunikasiya idarəsinin Kommunikasiya şöbəsinin böyük dövlət vergi müfəttişi Elçin Nəbiyev vergiler.az”a müsahibəsində müsabiqə ilə bağlı təəssüratlarını bölüşüb.

İqtisadiyyat Nazirliyində təşkil olunan növbəti "Uğur yolu" karyera inkişafı proqramının final mərhələsinin nəticələri açıqlanıb. Nazirliyin strukturuna daxil olan və tabeliyindəki qurumların müsabiqənin finalında iştirak edən 47 əməkdaşından 16 nəfəri 2022-ci il üzrə keçirilən "Uğur yolu" karyera inkişafı proqramının qalibi olub.


İqtisadiyyat Nazirliyində təşkil olunan növbəti "Uğur yolu" karyera inkişafı proqramının  final mərhələsi keçirilib. Finalçılar komanda daxilində müxtəlif tapşırıqların həllində iştirak ediblər.


İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəis müavini Samirə Musayeva “Uğur yolu” Karyera İnkişaf Proqramının qalibi Ramin İlyasovla mentorluq proqramı çərçivəsində görüş keçirib.



İqtisadiyyat Nazirliyində təşkil olunmuş “Uğur yolu” müsabiqəsinin qalibləri “KPMG” şirkətinin Azərbaycanda idarəedici partnyoru Murat Karakaşla görüşüblər. Murat Karakaş “KPMG” şirkətinin fəaliyyəti barədə iştirakçılara məlumat verib.

İqtisadiyyat nazirinin müavini Sahib Ələkbərov “Uğur yolu” karyera inkişafı proqramının qalibi Nicat İsaqov ilə mentorluq proqramı çərçivəsində növbəti görüş keçirib.

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Yerli qurumların fəaliyyətinin əlaqələndirilməsi baş idarəsinin rəisi Elçin Bəylərov "Uğur yolu" Karyera İnkişaf Proqramının qalibi Şikar İsmayılov ilə mentorluq proqramı çərçivəsində növbəti görüş keçirib.

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəis müavini Samirə Musayeva “Uğur yolu” Karyera İnkişaf Proqramının qalibi Pinar Cəbrayılova ilə mentorluq proqramı çərçivəsində növbəti görüş keçirib.  

İqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev İqtisadiyyat Nazirliyində növbəti dəfə təşkil olunan “Uğur yolu” Karyera İnkişaf Proqramının iştirakçıları ilə görüşüb. Qeyd edək ki, Nazirliyin Aparatında, strukturuna daxil olan və tabeliyindəki qurumlarda çalışan ümumilikdə 1475 əməkdaş müsabiqədə iştirak üçün qeydiyyatdan keçib.

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin (DVX) rəis müavini İlkin Vəliyev “Uğur yolu” Karyera İnkişaf Proqramının qalibi Vasif Ağarzayev ilə mentorluq proqramına başlayıb.  

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin (DVX) rəisi Orxan Nəzərli “Uğur yolu” Karyera İnkişaf Proqramının qalibləri ilə görüşüb.  

İqtisadiyyat Nazirliyinin Sosial Məsuliyyət Proqramı çərçivəsində Nazirliyin və qurumlarının əməkdaşları 1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə xüsusi qayğıya ehtiyacı olan uşaqlara sevinc bəxş etmək məqsədilə uşaq evləri və internat məktəblərində olublar. 

İqtisadiyyat Nazirliyininin tabeliyində Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzinin (4SİM) icraçı direktoru Tamerlan Tağıyev “Uğur yolu” Karyera İnkişaf Proqramının qalibi Gülər Abbasova ilə mentorluq proqramına başlayıb.

Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov “Uğur yolu” Karyera İnkişaf Proqramının qalibi Hüriyyə Məmmədova ilə mentorluq proqramına başlayıb.


İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəisi Orxan Nəzərli “Uğur yolu” Karyera İnkişaf Proqramının qalibi Orxan Şixəmmədovla mentorluq proqramına başlayıb.


İqtisadiyyat Nazirliyində 2021-ci ildə təşkil edilmiş “Uğur yolu” müsabiqəsinin qalibləri Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin rəisi Məmməd Abbasbəyli ilə görüşüblər. 


İqtisadiyyat Nazirliyində 2021-ci ildə təşkil edilmiş "Uğur yolu" müsabiqəsinin qalibləri "PwC" şirkətinin Azərbaycandakı nümayəndəliyinin rəhbəri və idarəedici partnyoru olan Mövlan Paşayevlə görüşüblər. Mövlan Paşayev dünyada peşəkar audit, vergi, hüquq və məsləhət xidmətləri göstərən ən böyük şəbəkələrdən olan "PwC" şirkətinin fəaliyyəti barədə məlumat verib, idarəçilik təcrübəsini bölüşüb, iştirakçıların suallarını cavablandırıb.


İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin rəisi Məmməd Abbasbəyli “Uğur yolu” Karyera İnkişaf Proqramının qalibi Aqşin Eminovla mentorluq proqramına başlayıb.

 Azərbaycan Respublikasının iqtisadiyyat naziri Mikayıl Cabbarov “Uğur yolu” karyera inkişaf proqramının qalibləri ilə görüşüb. İqtisadiyyat naziri qalibləri təbrik edib, müsabiqənin intellektual səviyyəsi, idarəçilik keyfiyyətləri, bilik və bacarıqları yüksək olan şəxslərin müəyyən edilməsi, yeni nəsil idarəçilərin hazırlanması və rəhbər vəzifələr üçün ehtiyat kadrlar bazasının formalaşdırılmasında mühüm rolunu vurğulayıb.

İqtisadiyyat Nazirliyində “Uğur yolu” karyera inkişaf proqramının seçmə mərhələlərində uğur qazanmış və final mərhələsinə yüksəlmiş iştirakçılara sertifikatların təqdim edilməsi ilə bağlı tədbir keçirilib. Nazir müavini Elnur Əliyev finalçıları salamlayaraq onları təbrik edib, yeni nəsil idarəçilərin hazırlanması və rəhbər vəzifələr üçün ehtiyat kadrlar bazasının formalaşdırılmasında onların mühüm rolunu vurğulayıb.

4 dekabr 2021-ci il tarixində iqtisadiyyat nazirinin müavini Rövşən Nəcəf “Uğur yolu” Karyera İnkişaf Proqramının qalibləri ilə görüşüb. Görüş İqtisadiyyat Nazirliyinin fəaliyyəti ilə bağlı müzakirələrlə davam etdirilib və iştirakçıların sualları cavablandırılıb.


“Uğur yolu” müsabiqəsinin qalibləri iqtisadiyyat nazirinin müşaviri Səməd Bəşirli tərəfindən keçirilən “Strateji planlaşdırma” mövzusunda seminarda iştirak ediblər.


Martın 4-də “Uğur yolu” Karyera İnkişaf Proqramının qalibləri ölkədə mövcud sənaye zonalarında sahibkarlıq fəaliyyətinin inkişafı üçün yaradılmış şəraitlə tanış olmaq məqsədilə Sumqayıt Kimya Sənaye Parkında olublar.


İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Tədris Mərkəzində 07-08 yanvar tarixlərində “Uğur yolu” müsabiqəsinin qalibləri üçün təlim və timbildinq proqramı təşkil olunmuşdur. Proqram çərçivəsində qaliblər təlim ilə yanaşı, Nəsrəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasına ekskursiyada iştirak etmiş, intellektual oyunlara qoşularaq birlikdə faydalı və maraqlı vaxt keçirmişdilər.


“Uğur yolu” müsabiqəsinin qalibləri və finalçıları inkişaf proqramı çərçivəsində “Qərar qəbulu zamanı kritik düşüncə”, “İdarəetmədə effektiv kommunikasiya”, “İnkişaf zehni”, “Emosional intellekt”, “Situativ liderlik” kimi təlimlərdə iştirak ediblər.